Əlaqə Arxiv
news Image
2012.10.09
13:22
| A A A
Azərbaycan səfiri Pakistanda Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb
Azərbaycanın Pakistandakı səfiri Daşgın Şikarov Pakistan İslam Respublikasının yeni təyin olunmuş hərbi hava qüvvələri komandanı, aviasiya marşalı Tahir Rafik Butt ilə görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, vəzifəyə təyin olması münasibətilə marşalı təbrik edən səfir, ona şərəfli xidmətində müvəffəqiyyətlər arzu edib. Görüş zamanı iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmasından, Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsindən söz açılıb. Diplomat bütün bu və digər məsələlərin həllində Pakistanın ölkəmizi dəstəklədiyini qeyd edib və Azərbaycan xalqının da daim Pakistanla birlikdə olduğunu bildirib. D. Şikarov Pakistan senatı tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstələyən qətnamənin qəbul edilməsinin Azərbaycan xalqı və rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. 

Görüş zamanı Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın aspektləri müzakirə edilib.

Aviasiya marşalı Tahir Rafik Butt, 2009-cu ildə Azərbaycana rəsmi səfərinin təəssüratlarından danışıb, Azərbaycanda gedən islahatlar və ordu quruculuğu sahəsində əldə edilən uğurlardan qürur duyduğunu ifadə edib. 

Pakistan Hərbi Hava Qüvvələrinin komandanı ölkəsinin Azərbaycanı Dağlığ-Qarabağ məsələsində birmənalı şəkildə dəstəklədiyini, işğalçı siyasətinə görə Ermənistanla nəinki diplomatik münasibətlər qurmadığını, hətta onu bir ölkə kimi tanımadığını vurğulayıb. Komandan bu dəstəyin Azərbaycanın zəbt olunmuş torpaqlarının tam azad olunacağına qədər davam edəcəyini diqqətə çatdırıb. 

Pakistan müdafiə sənayesi müəssisələrində istehsal olunan silah və texnikadan bəhs edən marşal, onların cari ilin 7-11 noyabr tarixlərində Pakistanın Karaçi şəhərində keçirilməsi nəzərdə tutulan "İDEAS-2012" hərbi sənaye məhsulları sərgisində nümayiş olunacağını qeyd edib.
 
Sizin Reklam Yeriniz