Əlaqə Arxiv
news Image
2013.05.29
14:25
| A A A
Aqil M Quliyev həbsdən azad olundu?!
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan rejissor Aqil M.Quliyevin onun həbsi ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından şikayətinə baxılıb Mövqe.az-ın məlumatına görə, rejissor Aqil M.Quliyev məhkəmə zalında azad olunub. Onun barəsindəki həbs qəti-imkan tədbiri isə cərimə ilə əvəzlənib.

Xatırladaq ki, Aqil M.Quliyev onun qeyri-rəsmi nikahda olduğu arvadının anası Marianna Turabovanın iddiası əsasında Xətai Rayon Məhkəməsində keçirilmiş iclas zamanı elə zaldaca həbs edilmişdi.

Rejissor 150 min manat məbləğində borcu qaytarmamaqda suçlanmışdı.

Bakının Xətai Rayon Məhkəməsinin qərarı ilə Aqil M.Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Sizin Reklam Yeriniz