Əlaqə Arxiv
news Image
2013.06.01
13:54
| A A A
Aygün Kazımova: "Snup Dogla əməkdaşlığımız böyük sual altındadır"
Xalq artisti dünya ulduzu ilə bağladığı müqavilənin şərtlərini pozdu Azərbaycanın xalq artisti Aygün Kazımova ilə məşhur amerikalı repçi Snup Dog`un (Snoop Dogg) birgə layihəsində bəzi problemlər yaranıb. Aygün Kazımova bununla bağlı ANS PRESS-ə açıqlama verir:

"Əzizlərim, Snup Dogla nəinki 6 iyun stadion çıxışımız, hətta Avropa turnemiz də böyük sual altındadır. Çünki mən çox ciddi şəkildə müqavilənin şərtlərini pozmuşam.
1) Birgə şəklimizi Azərbaycan mediasına çıxarmışam
2) Mahnının adını açıqlamışam
3) 6 iyulda olacaq ilk çıxışımızın gününü açıqlamışam
4) Avropa turnemizə çıxacağımızı söyləmişəm.

Ona görə də indi menecerlər arasında mübahisə xarakterli danışıqlar gedir. Layihəmizin bu günkü durumu belədir ki, klip artıq hazırdır. Mahnıların remiks versiyaları da hazırdır. Onları dünyada və Avropada çox tanınımşı Dj hazırlayıb. Albomun isə son hazırlıqları aparılır. Bütün nəticələr barəsində sizə mətbuat xidmətim xəbər verəcək."
Sizin Reklam Yeriniz