Əlaqə Arxiv
news Image
2013.06.07
14:55
| A A A
Musiqi təhsili olmayan müğənnilərimiz
Mübariz Tağıyev: «Istedad, təhsil yoxdursa, elə müğənnilər sənətdə olmamalıdırlar» Xanım İsmayılqızı: «Şəxsən mən təhsilli istedadsızdansa, təhsilsiz istedadlını bəyənirəm» Bu gün ictimaiyyətin tanıdığı bir sıra müğənni bəstəkarların heç miüvafiq təhsilə malik olmadıqları danılmaz həqiqətdir. Şou-biznes sahəsində xeyli sayda belə şəxsin adını çəkmək olar. Məsələyə münasibət bildirən xalq artisti Mübariz Tağıyev Mövqe.aza-a açıqlamasında qeyd edir: " Təlim istiqamət verir. Amma həqiqi mənada Allah vergisi varsa, nə demək olar?! Oxuyana oxuma deməyəksən ki?! Əgər heç bir vergi, istedad, əlavə də təhsil yoxdursa, elə müğənnilər sənətdə olmamalıdırlar".

M. Tağıyev təhsili olmayan, ancaq sənətdə at oynadan müğənnilər haqqında qeyd edir: "Nə demək olar?.. Əgər onlar tamaşaçı auditoriyası qazanıblarsa, istedadları varsa, uğurlar arzulamaq olar. Dünya səviyyəsində də, bizdə də belə ulduzlar var. Opera müğənnisi ayrıdır, estrada müğənnisi ayrıdır".

M. Tağıyev təhsil alan və almayan, ancaq istedadlı müğənnilərin müqayisəsini də apardı: "Təssəvvür edin, iki istedadlı müğənni. Onlardan biri musiqi təhsili görüb, digərinə isə bu obyektiv və ya subyektiv səbəblərdən qismət olmayıb. Onların ifası zamanı sözsüz ki, fərqlənəcək. Təhsil görmüş müğənni daha da ustalıqla ifa nümayiş etdirəcək. Təhsilli müğənni sənətə gələn yolu 1 ilə gəlirsə, təhsilsiz müğənni bu yolu 10 ilə gələ bilər. Sərştəsizlik ola bilər. Təhsilli və təhsilsiz müğənnilərimiz arasında belə fərqlər var".

Şairə, bəstəkar Xanım İsmayılqızı Mövqe.az-a açıqlaması zamanı bildirib: "Şəxsən mən təhsilli istedadsızdansa, təhsilsiz istedadlını bəyənirəm. Ancaq təhsillə istedad üst-üstə düşürsə, misilsiz olur".

Sizin Reklam Yeriniz