Məşhur aktrisa evini tərk edir
Movqe.Az xəbər verir ki, həyat
yoldaşından ayrılan və qızı Nahlanın vəlayətini ala bilmək üçün
uzun müddət hüquq baxımından mübarizə aparan məşhur model və
aktrisa Xalle Berri, Los Anceles şəhərini tərk etmək qərarına
gəlib. Yaşadığı çətin günlərin psixologiyasını alt-üst etdiyini
deyən aktrisa, nəhayət vəlayətini ala bildiyi qızıyla birlikdə
Parisə köçəcəyini açıqlayıb.
"Qızımın həyatını kameralarda yaşamasını istəmirəm.Ona bu pisliyi edə bilmərəm", - deyən X.Berri, Parisdə ev baxmağa başlayıb.
Fuad Mədətov
Movqe.Az