Əlaqə Arxiv
news Image
2013.10.02
13:43
| A A A
“Səni uzaqlardan sevməkdə xoşdur” ...

Xalq artisti Səməd Səmədov  musiqisi Sevinc Tofiqqızıya və sözləri millət vəkili Qənirə Paşayevaya məxsus olan mahnını ifa edib. 

"Mövqe.az"-a açıqlama verən bəstəkar Sevinc Tofiqqızı bildirib ki, yeni bəstələdiyi sözləri Qənirə Paşayevaya aid olan mahnısını xalq artisti Səməd Səmədov ifa edib: 

"Bu yaxınlarda yeni bəstələdiyim mahnım işıq üzü gördü. "Səni uzaqlardan sevməkdə xoşdur" adlanan musiqimi bizim xalq artisti Səməd Səmədov ifa çox gözəl ifa edib. Yeni mahnımın sözləri, dəyərli millət vəkilli Qənirə xanım  Paşayevaya aiddir, aranjımanı isə Osman bəyə məxsusdur. İnanınki,  mən Qənirə xanım şeirlərini oxuyandan sonra  dura bilmirəm anında içmdən musiqi bəstələmək gəlir.  Bu Qənirə xanımın şeirinə bəstələdiyim ikinci mahnıdır. Hələ davamı da var.  Bundan sonra mən Qənirə xanımın bir çox şeirlərinə musiqilər bəstələməyi düşünürəm. Tanqo rtimində bəstələdiyim musiqimi Səməd Səmədov laiqincə çox ürəkdən gözəl ifa edib. Mən bizim dəyərli millət vəkilimiz  Qənirə xanıma, xalq artistimiz Səməd Səmədov, mahnının aranjımançısı Osman bəyədə  öz təşəkkrlərimi bildirəm".


Öz növbəsində Səməd Səmədovda mahnı haqqında saytımıza açıqlama verək bunları deyib: " Bu mənim bəstəkar Sevinc Tofiqqızı ilə ilk işimdir. İnanın ki, mən çox şadam bizim millət vəkillimiz Qənirə Paşayevanın sözlərinə və bəstəkarımız Sevinc Tofiqqızının musiqisinə aid olan mahnı oxuduqum üçün. Mən bu ifamı özüm eşidəndə rəhmətlik bizim korefey sənətkarımız Mirzə Babayevi xatırladım. Bir çox dəyərli bəstəkarlarımızın mahnıları ifa etmişəm. Amma bu mahnı bir başka oldu. Həm tanqo rtimdə olması həm mənə Mirzə Babayevi xatırlatması məni bir başka aləmə götürdü. Bu mənim Sevinc xanımla son işim olmayacaq. Hələ bundan sonra bu gözəl bəstəkarın bir çox bəstələrinə müraciət edəcəm".


Sizin Reklam Yeriniz