Əlaqə Arxiv
news Image
2013.10.07
14:59
| A A A
Səməd Səmədovun aparıcılığı cəmi bir həftə davam etdi
Xalq artisti Səməd Səmədov "Space" telekanalında hava durumunu təqdim edib. 

Bu barədə sənətçinin prodüseri Rövşən Cəfərov məlumat verib. 

"Bu, "Space" telekanalının yeni layihəsidir. Layihəyə əsasən hər həftə sənətçilərdən biri bu işi öz öhdəsinə götürəcək. Səməd Səmədov uğurlu ifaçıdır. Ona görə də açılışı onunla etmək istədilər. Tamaşaçılardan müsbət rəylər aldıq. Amma bu aparıcılıq cəmi bir həftə davam etdi. Gələn həftə başqa müğənni olacaq" - deyə o bildirib. (axsam.az)
Sizin Reklam Yeriniz