Əlaqə Arxiv
news Image
2013.10.11
14:40
| A A A
Ramal: "Onsuz ad günü keçirtmək istəmirəm"-ÖZƏL
Bu gün gənc bəstəkar , müğənni Ramal Əsədzadənin ad günüdür. Doğum günündə Movqe.az-a açıqlama verən müğənni bildirib ki, 24 yaşı tamam olur: "Qohumlar, tanışlar, sənət dostlarımdan bir çox təbriklər aldım. Hər kəs sağ olsun. Hətta sənətçilərimizdən mənim üçün doğum günü keçirmək istəyənlər də oldu. Lakin razı olmadım. Çünki doğum günlərimi qeyd etməyi xoşlamıram".

Müğənni nə üçün ad günü etməməsi səbəbindən də danışdı: " Ad günümü qeyd etməyi sevmirəm. Çünki hər il ad günümdə nənəm bizə gələrdi, məni təbrik edərdi. ancaq indi o, artıq bizimlə deyil. Ruhu şad olsun. Elə ona görə də ad günü qeyd etməyi sevmirəm. Onsuz ad günü keçirtmək istəmirəm. Çünki çox kövrələ bilərəm".

Sizin Reklam Yeriniz