Movqe.az-ın məlumatına görə, noyabrın
15-də saat 19:00-da "Şəfa" stadionunda baş tutacaq oyunda stadiona
sənətçilər çıxacaq.
Yaşıl geyimli komandanın tərkibində əməkdar artist
Almaz Ələsgərli, müğənni Yaşar Cəlilov, Xatun , aparıcılar Günel
Hümbətova, Anar Nəcəfov, rəqqasə Aytən və başqaları olacaq. Narıncı
geyimli komandada isə müğənnilər Nazim Faytonçu, Emil Bədəlov,
Sevda Sanəliyeva, Sevil və Sevinc bacıları, rəqqasələr Fatimə
Fətəliyeva, Oksana Rəsulova və skripkaçı Səlim
oynayacaq.
Bu barədə Mövqe.az-a açıqlama verən bəstəkar-müğənni Ramal Əsədzadə bildirib: " Oyunda yalnız şou-biznesin tanınmış nümayəndələri iştirak edəcək. Maraqlı oyun alınacağına əminəm. Azərbaycanda ilk dəfə təşkil olunan bu layihənin özəlliyi ondadır ki, xanım və bəylər bir yerdə futbol oynayacaqlar.
Məlumat üçün qeyd edək ki, oyun müğənni Ramal Əsadzadənin və prodüsseri Mehri Əliquliyevanın təşkilatçılığı ilə keçiriləcək.