Dünya gözəlləri Moskva gəzintisində (FOTO,VİDEO)
Müsabiqəyə qatılan 87 ölkədən olan dünya gözəlləri Moskva gəzintisinə çıxıblar
Şou-biznes "Miss universe 2013" gözəllik müsabiqəsinə toplanan dünya gözəlləri Moskvada bir araya gəliblər. RİA Novostinin yaydığı məlumatına görə, bəstəkar-müğənni Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən müsabiqəyə qatılan 87 ölkədən olan dünya gözəlləri Moskva gəzintisinə çıxıblar.
"Kainat gözəli" adı uğrunda mübarizə aparan qızlar mərkəzi küçələr, Kreml sarayını və Böyük Teatrı gəziblər.
Müsabiqənin finalı noyabrın 5-i və 9-da baş tutacaq. "Krokus
Siti Holl"da keçiriləcək müsabiqədə Azərbaycanı "Miss Azerbaijan
2012"nin qalibi Aysel Manafova təmsil edəcək.