Əlaqə Arxiv
news Image
2013.11.04
11:18
| A A A
13 kilo arıqlayan Hazal Kaya şəkər xəstəsi imiş-Eksklüziv
Türkiyəli məşhur aktrisa Hazal Kaya "All" jurnalına verdiyi müsahibədə bir çox diqqət çəkici məqamlara toxunub. Mövqe.az-ın məlumatına görə, gənc olmasına baxmayaraq çox sevilən aktrisa necə arıqladığından, sevgilisi olmadığından, hətta yemək bişirmə qabiliyyətinin olmasından belə danışıb. Yeni yayımlanan "A.Ş.K" serialında  dəli-divanə aşiq qız rolunu canlandıran H. Kaya indilik şəxsi həyatda yalnız olduğunu söyləyib. 23 yaşında olan aktrisa sevgi məsələlərinə vaxt azlığı olduğu üçün tam diqqət edə bilmədiyini açıqlayıb: "Bizim gəncliyin ən aktual problemi vaxtsızlıqdır. Hər şey o qədər tez baş verir ki, yetişə bilmirik. Hər şeydən həzz almağı və baş verənləri doyunca yaşamağı sevirik. Necə keflisə, elə də olmalıdır". 

Hazal Kaya arıqlama sirrini də oxucularla paylaşıb: "Aşkı Məmnu" serialı bitdikdən sonra Amerikaya geri döndüm və arıqlamaq da elə orada olarkən başlayıb. Bol-bol yürüş edirdim və öz yeməyimi elə özüm bişirirdim. 2010-cu ildən bu yana toplam 13 kilo arıqladım. Əslində bu işin çox da böyük sirrləri yox. Sadəcə yeməyinə və içdiyinə diqqət edib, çox hərəkətdə olmalısan. Mən hipoqlikemiya (1-ci və 2-ci tip şəkərli diabetli xəstələrdə qanda şəkərin normal səviyyəsinin azalması ilə əlaqədar yaranan haldır) xəstəsi olduğum üçün onsuzda nə yediyimə həmişə diqqət edirəm. Bəziləri elə düşünür ki, şəkər xəstələrinin arıqlaması mümkün deyil. Ancaq bu yalnış fikirdir. Sadəcə bunun üçün doğru bəslənmək lazımdır".

Xəyalpərəst olduğunu açıqlayan aktrisa bildirib: "Bəli, çox xəyalpərəstəm. "Ancaq bunu etməsəm ölərəm"  - dediyim bir şey yox. Necə xoşbəxt oluramsa elə yaşamağa qərar vermişəm".

 

Qeyd edək ki, aktrisanın ən böyük xəyalı isə Ferzan Özpetəklə tanışmaq istəyi olub və sonunda bu xəyal gerçəyə dönüb.

Sizin Reklam Yeriniz