Əlaqə Arxiv
news Image
2013.11.08
12:01
| A A A
Elnarə daha əvvəlki kimi geyinə bilməz
"Ailə qurmadan öncə geyindiyim geyimləri, indi geyinə bilmərəm. Çünki, artıq övladlarım var". 

Bu sözləri müğənni Elnarə Xəlilova geyimlərinin mediada müzakirə olunmasından söz açarkən deyib: 

"Mən "W-trio" qrupundan sonra solo karyeraya başlayanda özümə bir obraz seçmişdim, tamaşaçılar məni "şıltaq qız" imicində sevib, qəbul etmişdilər. Bu imic məndə ailə qurana qədər oldu. Amma ana olandan sonra, o imicdən imtina etdim. Bu, mənim öz seçimim idi. Yəni həyat yoldaşım onu geyin, bunu geyinmə demir. Sadəcə, indi ana olmuşam deyə, geyimlərimə də diqqət etməliyəm. Bir çoxları mənə sual verir ki, ay Elnarə, niyə əvvəlki imicinizə qayıtmırsınız? Mən də çalışıb başa salıram ki, artıq anayam, bu obraz indi mənə yaraşmaz".
 
Qeyd edək ki, Rövşən adlı bəylə ailə quran Elnarənin Burlaxatun, Öndər, Harun Fateh Cahangir adında 3 övladı var.

lent.az
Sizin Reklam Yeriniz