Əlaqə Arxiv
news Image
2013.11.13
14:10
| A A A
Nigarın əri: "O,anamın gəlinidir"
Vizajist Nigar İbrahimovanın toyu ilə bağlı söz-söhbət bitmək bilmir. 

Axşam.az-ın məlumatına görə, yayılan şayiələrə bu dəfə Nigarın həyat yoldaşı Ruslan fikir bildirib. O, "Facebook" profilində həyat yoldaşından və özündən yazıb: 

"Hər kəs gedib öz ailə problemləri ilə məşğul olsaydı, yaxşı olardı. Biləsiniz ki, bu cütlüyə kimlərinsə neqativ fikri maraqsızdır. Yaddan çıxarmayın ki, atdığımız hər addım Allahın izni ilədir. Hamının övladı var, heç kim bilmir ki, sabah başına nə gələcək. İnsanlar öz ailələri ilə xoşbəxt olsalar, başqalarını müzakirə etmək yadlarına düşməz. Allah hamımızın köməyində olsun, bütün insanlara xoşbəxtlik arzu edirəm". 

Ruslan daha sonra Nigar İbrahimovanın şəklini paylaşaraq "Anamın gəlini" sözlərini yazıb.
Sizin Reklam Yeriniz