Vəfa Zeynalova: "Göbələk olub yerdən çıxmamışıq ki"
Vəfa Zeynalova çəkildiyi erotik film "İlahi məxluq"dan danışaraq
yenidən gündəmə gəlib. Mövqe.az-ın "Lider" telekanalında yayımlanan
" Pərdə" verlişinə açıqlaması zamanı aktrisa bu qalmaqalın
ailəsini daha da möhkəmləndirdiyini bildirib: "Neçə ildən
sonra həyat yoldaşım bir daha sübut etdi ki, o, həqiqətən, məni
sevir. Biz əmin olduq ki, evlənmək qərarımızda heç yanılmamışıq.
Mən anayam, həyat yoldaşıyam, kiminsə qızı, kiminsə bacısıyam, o
sözlər deyilməməliydi. Göbələk olub yerdən çıxmamışam ki, hərə nə
istəyir desin, yazsın. Amma bu hadisə ailəmdə heç bir problem
yarada bilmədi. Əksinə, bizi daha da möhkəmləndirdilər".