Əlaqə Arxiv
news Image
2013.11.14
10:04
| A A A
"O, psixoloji klinikada müalicə almalı olacaq”
39 yaşlı yaraşıqlı müğənni Robbi Uilyams gənc ifaçı Mayli Sayrusun vəziyyətindən narahatdır.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Uilyamstezliklə Maylinin psixoloji klinikada müalicə almaq məcburiyyətində qalacağını iddia edir.

Məşhurluğun insanın psixologiyasında problem yaratdığını deyən müğənni özünün də belə halla qarşılaşdığını söyləyib:

"Mayli haqqında bütün dünya danışır. Bu, insan psixologiyasına çox pis təsir edir. Gün gələcək Sayrus öz istəyi ilə bu məşhurluqdan imtina edəcək və klinikada müalicə almalı olacaq. Mən də belə vəziyyətdə idim və heç kimə arzulamazdım. Mayli dünyaya qarşı etiraz etməyə çalışır, lakin bir müddət sonra özü əsəb pozğunluğu yaşayacaq".
Sizin Reklam Yeriniz