“Mən Acun kimi aparıcı olaram”
Skripkaçı Ceyhun aparıcılıq təklifi
alıb.
Sənətçi Axşam.az saytına açıqlamasında təkliflərdən imtina etdiyini deyib:
"Mənim aparıcılıq savadım və səviyyəm yüksəkdir. Bunu qonaq olduğum verilişlərdə də sübut etmişəm, mövzu tapıb, maraqlı fikirlər bildirmişəm. Buna görə də nə vaxtsa aparıcılıq edəcəm, amma öz ideyam, layihəm olacaq. Mən Acun Ilıcalı kimi aparıcı olaram. Xoşum gəlir onun fərqli ideyalarından, işlərindən. Amma heyif ki, bizdə qəbul olunmur. Ancaq eyni standartda, mövzuda verilişlər hazırlanır. Fərqli format bizdə özünü doğrultmur. Ancaq eyni simalar qəbul edilir. Yarışmaların hamısına sms nömrəsi qoyurlar. Bu da maraqsızlaşdırır.
Bu yaxınlarda bir verilişdən təklif aldım. Proqramdakı musiqi orkestrinin şefi olacam. Təklifi qəbul etdim. Yaxın günlərdə efirdə görünəcəm".