Kıvanç Tatlıtuğun Rusiyada çəkiləcəyi serial təxirə salınıb
Türkiyəli aktyorlar Kıvanç Tatlıtuğ və Farah Zeynəb
Abdullahın baş rolda oynayacağı "Kurt şeydə & Shura"serialı
2014-cü ilin fevral ayında Star TV-də yayımlanacaq.
Mövqe.az-ın məlumatına görə, serialın çəkilişlərinə artıq
başlanılıb. İlk çəkilişlər üçün qrup, 15 gün əvvəl Rusiyaya
getsə də çəkiliş alınmayıb. Havanın həddindən artıq soyuq olması
səbəbindən sınaq çəkilişləri təxirə salınıb.
Qeyd edək ki, Kıvanç Tatlıtuğ serialda rus əsgərini oynayacaq. Farah Zeynəb Abdullah isə aristokrat bir ailənin qızını canlandıracaq.