Əlaqə Arxiv
news Image
2013.11.21
11:34
| A A A
İlhamənin Natavana verdiyi adı Aygün itinə qoyub
Xalq artistləri Aygün Kazımova və İlhamə Quliyeva arasında soyuq müharibə davam edir. Mövqe.az-ın məlumatına görə, İlhamə Quliyeva Natavan Həbibiyə "prinsessa" adını verib. Natavan bu barədə "Onlar" verlişinə açıqlamasında belə bildirib: "İnsan özü -özünə necə ad verə bilər axı? İlhamə xanım mənə bu adı verib və mən də qəbul edirəm. Yoxsa mən özüm-özümə çıxıb deyə bilmərəm ki, mən prinsessayam. Bu düzgün deyil, absurt və gülməlidir. Bilirsinizmi ümumiyyətlə sənətdən kənar insanlar həmişə özündən yaşda, sənətdə böyük olan sənətkarlara söz atır". 

Bu barədə İlhamə Quliyeva da bildirib: " Natavan prinsessadır. Mən ona bu adı vermişəm. Onun tembrı elədir ki, mən onu 100 oxuyanın arasından seçə bilərəm. Kraliça mənəm. Əsl tac mənimdir. Kraliçanın qızı prinsessadır və kraliçanın yanında da həmişə imperator, prins olur. Natavan mənim mənəvi qızımdır. O özü həmişə mənə mənəvi qızım olduğunu deyir. Çox heyif ki, mənim qızım yoxdur. Olsaydı dünyanın xoşbəxti mən olardım". 

Qeyd edək ki, bir neçə gün öncə Aygün Kazımova dolça bürcündən olduğu üçün özünü uzaqgörən adlandıraraq iti Prinsessa ilə canlı yayımda iştirak etmiş və özünü kraliça adlandırmışdı. Hətta müğənni bildirmişdi ki, şou-biznesin ən böyük tacı ondadır". 

Sizin Reklam Yeriniz