Müğənni təşkilatçı qalmaqalı böyüyür-YENİLƏNİB
Məlumat verildiyi kimi Təşkilatçı-prodüser Samir Xəttabı sosial
şəbəkədə "maşennik" adlandıran müğənni Arzu Seyidzadə qarşı tərəfin
onu aldatması iddiası ilə məhkəməyə müraciət edib. Müğənninin
iddiasına görə, konsert təşkili ilə bağlı rəhbəri olduğu "HAS
Production" şirkəti ilə təşkilatçı Samir Xəttab arasında müqavilə
bağlanılıb. Samir Xəttab müğənni ilə birlikdə Davud Güloğlunun
Bakıda konsertini təşkil etməli olsa da, vədinə əməl edə bilməyib.
Müqavilənin şərtlərinə əsasən, Arzu Seyidzadə sifarişçi qismində
Samir Xəttaba 17 min 500 manat pul ödəyib. Təşkilatçı verdiyi
açıqlamalarda bu faktı inkar etsə də, bu günkü məhkəmə prosesində
faktı təsdiqləyib. Bunu Mövqe.az-a müğənni Arzu Seyidzadə deyib:
"Məhkəmənin birinci prosesində biz qalib gəldik. Bizi təbrik edə
bilərsiniz. Samir Xəttab boynuna aldı ki, həqiqətən də məndən 17
min 500 manat pul alıb. Özü müqaviləyə şərt qoymuşdu ki, kim
konsertdən vaz keçsə, təzminat ödəməlidir. Sonradan isə bunu inkar
edirdi. Samir Xəttab məhkəmədə əməlli-başlı təlaş keçirirdi. Artıq
başa düşmüşdü ki, güvənəcəyi kimsə ətrafında yoxdur və dövlətimizin
qanunları qarşısında boynu qıldan incədir. O məhkəmə salonuna daxil
olanda mənə utanmadan salam verib, ironiya ilə "Necəsən?" soruşdu.
Sevinirdi ki, məni bu qədər borca salıb, işimi də görməyib,
şirkətimi gözdən salıb. Ancaq haqq-ədalət axır ki, yerini tapır".
Müğənni təşkilatçının vergidən yayınmaq üçün özünü işsiz göstərdiyi
faktını da açıqladı: "Məhkəmədə ondan soruşanda ki, "Samir Xəttab
harada işləyirsiniz", o, əvvəlcə işsiz olduğunu söylədi. Sonradan
isə 400 minlik proyektlərinin olduğunu bildirdi. Bunu da biz
növbəti prosesdə qeyd edəcəyik. Vergidən yayınmaq üçün öncə işsiz
olduğunu söyləyən Samir Xəttab axı necə 400 minlik proyekt edə
bilir və bu kimi maraqlı suallar növbəti məhkəmə prosesində
araşdırılacaq".
Məsələ ilə bağlı tanınmış vəkil Zülfiyyə Bayramova da öz
fikirlərini Mövqe.az-la bölüşüb: "Bu gün Nizami rayon İnzibati
İqtisad məhkəməsində təşkilatçı Samir Xəttab və müğənni Arzu
Seyidzadə arasında məhkəmə prosesinin birinci mərhələsi başa çatdı.
Samir Xəttab etiraf etdi ki, Arzu Seyidzadədən 17 min 500 manat
pulu alıb və Türkiyəli müğənni Davud Güllüoğlu ilə konserti təşkil
edə bilməyib. Hakim Xalid İmanov məhkəməni dekabrın 17-nə kimi
təxirə saldı. Ancaq qeyd olundu ki, Samir Xəttab həmin məbləği Arzu
xanımdan alıb. Hələlik məhkəmə davam edir. Əsas istədiyimiz və
gözlədiyimiz etirafı Samir Xəttabdan aldıq. Məhkəmədə hansı tərəfin
qalib gələcəyi sonda bilinəcək. Haqlı olduğumuz üçün inanırıq ki,
biz qalib gələcəyik". Samir Xəttab isə heç nə deməyəcəyini
bildirib.
***
Qeyd edək ki, Mövqe.az-ın
əməkdaşının açıqlama vermək istəyirsinizmi sualına cavab olaraq "
mən heç nə deməyəcəm, hər şey məhkəmədə bilinəcək" cavabını verən
Samir Xəttab sonradan Mövqe.az-a zəng edib, mövqeyinin dərc
olunmağını istədi. Təşkilatçının facebook ünvanına yolladığı
mövqeni nəzərinizə çatdırırıq: "Arzunun danışdıqlarını oxudum
gözəl nağıl idi. Amma yadından çıxıb deməyib ki, Barak Obama da
məhkəmədə olub. Oturub bizə baxırdı və hamıya saılamı var. Mənim
hesabıma az özünü reklam etsin. Onu hələ müğənni kimi tanıyan
yoxdur. Elə mənim adımdan saytlara xəbər yazdırır" Mən sizə fakt
təqdim edirəm. Səs yazma bu linkdədi:
https://soundcloud.com/xattab/arzu-seyidzade
