Əlaqə Arxiv
news Image
2013.11.24
13:45
| A A A
Aygün Kazımova Tarkanın konsertindən yazdı: "Bu, faciədir"
"BƏZİ MƏMURLARIMIZ TÜRKİYƏNİN ƏN BÖYÜK ULDUZLARINA MADDİ YARDIM EDİRLƏR" Türkiyənin meqastarı Tarkana Yeni il gecəsində Bakıda konsert verməsi üçün 1 milyon lirə təklif edilməsi haqda xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, xalq artisti Aygün Kazımova İnstaqram sosial şəbəkəsində bu xəbərə münasibət bildirib.

Müğənni azərbaycanlı milyonçuların yerli sənətçilərə yox, xaricilərə dəstək olmasından gileylənib:

"Azərbaycanlı milyonçular və bəzi məmurlarımız Türkiyənin ən böyük ulduzlarına maddi yardım edirlər, onları dəstəkləyirlər. Amma biz bir layihə həyata keçirəndə evimizi satırıq. Bu, faciədir".
Sizin Reklam Yeriniz