Samiraldo şou-biznesdə ən zövqsüz kişi və qadın müğənniləri "yıxıb-sürüdü"
Samiraldo adı ilə tanınan stilist Samir Əliyev
yenidən maraqlı açıqlamaları ilə gündəmə gəlib. Mövqe.az-ın
məlumatına görə, "Pərdə" verlişinə açıqlama verən tanınmış stilist
ən zövqsüz geyinən kişi müğənnilərin adını açıqlayıb: "Ən zövqsüz
kişi müğənnilər Rəhim Rəhimli, Rüfət Axundov, Cavanşir
Məmmədov, Eltondur. Geyimlərini bilmirlər. Onları görəndə lap
ürəyim ağrıyır. Nüşabə də zövqsüzdür. Manananın isə vaxt zövqü
olmayıb. Könül Kərimova həddindən artıq makiyaj edir. Ən
zövqlü kişi müğənniləri isə Faiq Ağayev və Samir
Bağırovdur."
Samiraldo bir neçə müğənniyə sadəcə qulaq asdığını lakin baxa bilmədiyini söyləyib: " Aygün Bəylər, Elnarə və Mətanət Əsədovaya ancaq qulaq asıram. Samira Allahverdiyeva, İlhamə Quliyeva, Zülfiyyə Xanbabayeva, Lalə Məmmədova, Rəqsanə bu il zövq aləmində məni təəcübləndirə biliblər.
Stilist Aygün Kazımova və Röyanın imicini, geyim tərzini çox
bəyəndiyini gizlətməyib. Daha sonra o, bir-birini təkrarlayan
müğənnilər barədə də danışıb: "Natavan Həbibi son zamanlar Sevda
Yahyayevanı təkrarlayır. Çünki zövqlü deyil, özünü tapa
bilmir".