Əlaqə Arxiv
news Image
2013.11.29
19:33
| A A A
Elza: “Həmişə istəyirdim ki, ərim məni döysün”
Əməkdar artist Elza Seyidcahan maraqlı açıqlamaları ilə hamını təəccübləndirib. 

Axşam.az-ın məlumatına görə, bu yaxınlarda qadın zorakılığına qarşı keçirilən layihədə iştirak edən müğənni əslində həyat yoldaşı tərəfindən döyülməyi arzuladığını bildirib. 

E.Seyidcahan bu sözləri "Xəzər" telekanalında yayımlanan "Telemaqazin" verilişində deyib: 

"Heç bir zaman həyat yoldaşım mənə əl qaldırmayıb. Həmişə istəyirdim ki, məni döysün. Deyirdim, görüm döyülmək necə olur. Hətta hərdən onu qəsdən əsəbiləşdirirdim ki, mənə əl qaldırsın. Bəzi hallarda qadına bir sillə vurmaq olar. Amma mən dəhşətli döyməyin tərəfdarı deyiləm. Qadın müdrik olmalıdır. Kişi əsəbiləşəndə ona cavab qaytarmamalıdır".
Sizin Reklam Yeriniz