Əlaqə Arxiv
news Image
2013.12.03
14:03
| A A A
Teleaparıcımız: "Azərbaycan mədəniyyətində olan 2 nəfərin üzündən Bakıdan getmək məcburiyətində qaldım"

Lider tele-kanalının aparıcısı Sərxan Kərəmoğlu   Movqe.az-a   maraqlı  açıqlama verib: 

"Lider Tv  rəhbərliyinin bir  göstərişi var ki, kanalımızda yayımlanan hər bir proqram məhz mənəviyyata qulluq etməlidir. Mən də  bunu əsas tutaraq, bu  göstəriş və əmrləri şərəflə yerinə  yetirmişəm. İstər "Evimin qonaqları", istərsə  "Nə olsun?"  proqramı  zamanı qarşımda  tək bir məqsəd olub ki, insanları bir-birinə qarşı qoymadan, aranı vurmadan, sosial problemlərinə toxunmadan, onların  sənətlərini və iç dünyalarını tamaşaçılara təqdim edə bilim. 

"Nə olsun "  proqramında çalışan heyyət ilk gündən obyektivliyi qoruyub. İstəmişik ki, verlişimizin qonaqları - sənət adamları və yazarlar -  heç bir təsir altına düşmədən düzgün və birtərəfli mövqe tutsunlar. Lider televiziyasının baş prodüsseri   tək bizim proqrama deyil, eyni zamanda  kanalımızda yayımlanan bütün   proqramlara diqqət və qayğısını əsirgəmir. Bu da bizlərə  stimul verir. 

 30 il səhnə və televiziya fəaliyyətimə baxmayaraq hər həftə  televiziyamızın baş prodüsseri ilə məsləhətləşməyi özümə borc bilirəm. Onun dünyagörüşündən yararlanmaq və  onun fikirlərini dinləyib, yerinə yetirmək mənim üçün böyük şərəfdir. Son aylarda mənim əleyhimə  yazanlara  sözüm odur ki, hələ 1983-cü ildə ilk dəfə Orxan Kamalın "Bir parça Vətən" əsərində baş rolu oynamışam.Və o gündən  bu günə şükürlər olsun ki, hələ də səhnədəyəm. Azərbaycan Mədəniyyət və İncəsənət Üniversitetini bitirmədiyimə görə heç də heyflsənmirəm. Televiziya sahəsində Moskvada Svetlana Sarokinanın məktəbini və eyni   zamanda Ostankinoda rejissorluq kurslaını  bitirib, Türkiyədə tanınmış yapım şirkətlərində  təcrübə keçmişəm.

Daha da ətraflı yazmağa heç də gərək bilmirəm. Bir tək onu deyə bilərəm ki Yeni Azərbaycan Partiyasının beşinci ildönümündə ulu öndərimiz Heydər Əliyevin təsis etdiyi Partiya məktəbinin  məzunu olmuşam.  23 fəal gəncdən tək mən  siyasətin deyil, sənətin  arxasınca getdim. Siyasətdə özümü görə bilmədiyim üçün  o yeri məşğul etmədim.. Mənə dərs deyən bütün müəllimlərimlə Hidayət Orucov, Fatma Abdulzadə, Əbülfəz Qarayev, Polad Bülbüloğlu və digərləri ilə fəxr edirəm.


Azərbaycan mədəniyyətində olan 2 nəfərin üzündən halal zəhmətim ilə qurduğum evimi atıb, özəl  həyatımı  və yaradıcı  fəaliyyətimi dondurub, Bakıdan getmək  məcburiyyətində qaldım. Və Türkiyədə hər şeyi sıfırdan başladım. Ancaq orda da məni rahat buraxmadılar. İşimə əngəl olmağa çalışdılar. Lakin bütün bu maneələrə baxmayaraq, Türkiyədə " Türk Dövlətləri Kültur Birliyinin   " komisiyya rəhbəri vəzifəsində fəaliyyətimi uğurla davam etdirdim. Hər gün müxtəlif görüşlər, əyləncəli tədbirlər, toplantılar olsa da Vətən həsrəti  çəkirdim. Qardaş dövlətdə çalışdığlma baxmayaraq, çox darıxırdım, sıxılırdım. Həyatımın 4 ili  mənə 40 il qədər uzun gəldi. Elə bildim 40 ildir qürbətdə yaşayıram. Məhz həmin dönəmdə  mənim  səsimə səs verən, qürbətçiliyimə  son qoyan "Lider" televiziyası oldu. 1 ilə yaxın iki ölkə arasında qaldım.

 

Bu ilin may ayında isə "Lider" televiziyası rəhbərinin və baş prodüsserinin etimadı sayəsində ölkənin ən bahalı  realiti şousu "Lift" mənə həvalə olundu. Etimadı doğrultduğdan sonra kanalın rəhbərinə və baş prodüsserinə güvənərək birdəfəlik   vətənə qayıtdım. Buna görə də həm rəhbərliyə, həm baş podüsserə təşəkkürümü bildirirəm. Mənim haqqımda neqativ fikir yazanlara isə çox təşəkkür edirəm .Çünki  sizin hər bir yazınız  mənə stimul verir. Və mənim var olduğumu sübuta yetirir.

Bu neqativ  fikirlərin, xoşagəlməz söhbətlərin  arxasında kimin olduğunu bilirəm. O adama bir kəlmə demək istəyirəm: "Haqqımı sənə halal etmirəm""


Sizin Reklam Yeriniz