Sevgilisi müğənnini buraxıb, qaçdı- FOTO FAKT
Sevgilisi Tuğbayı buraxıb qaçdı...
Türkiyəli məşhur müğənni Tuğba Ekinci dünən axşam yeni sevgilisi
ilə birlikdə Nişantaşında olub. Mövqe.az Türk mətbuatına istinadən
xəbər verir ki, cütlüyün fotoşəkilləri çəkilərkən Ekinci çox rahat
görünsə də, sevgilisi bu durumdan heç də məmnun olmayıb.Əli ilə
üzünü gizlədən bəy-əfəndi Tuğbadan ayrılaraq tez bir taksiyə
minib, gözəl müğənninin yanından uzaqlaşıb. Onun ardınca isə Tuğba
Ekinci başqa bir taksiyə minərək, 500 metr irəlidə onu gözləyən
sevgilisi ilə görüşüb. Bu durum paparazilərin gözündən
yayınmayıb: