Əlaqə Arxiv
news Image
2013.12.10
14:36
| A A A
Nadir Qafarzadə:"Heç kimin ərini əlindən almıram"
Müğənni Nadir Qafarzadə cavan qalmasının sirrini açıb. 

Sənətçi Axşam.az saytına deyib ki, hər zaman arı südündən istifadə edir: 

"Üzümü heç vaxt soyuq su ilə yumuram. Baldan çox istifadə edirəm. Arı südü ilə balı qatıb, üzümə maska vururam. Təraşdan sonra üzümə bahalı, keyfiyyətli kremlər çəkirəm. Baxım üçün hər zaman qiymətli məhsullar alıram. Ən əsası isə ürəyim təmizdir. Heç kimə paxıllıq etmirəm, ailə dağıtmıram, kiminin ərini, kiminin arvadını əlindən almıram. İnsanlara yaxşılıq edirəm. Bu gözəl əməllərim üzümə vurur, məni cavan və yaraşıqlı saxlayır".
Sizin Reklam Yeriniz