Əlaqə Arxiv
news Image
2013.12.11
10:57
| A A A
Rəqqasə Oksana: "Elə adamı sevdim ki, onun keçmişi narkotiklə bağlı idi"
Rəqqasə Oksana Rəsulova  səmimi açıqlamalar verib. Mövqe.az-ın məlumatına görə, rəqqasə APA TV-nin "Bunker" verlişinin qonağı olan zaman  müxtəlif mövzulara aydınlıq gətirib. R. Oksana Elşad Xose barədə də danışıb. Söhbət zamanı Oksana Rəsulovanın sevdiyi adamın narkotik maddə istifadəçisi olduğu məlum olub: 


"Narkotiklərə nifrət edirəm. Həmişə belə şeylərə nifrət etmişəm. Amma elə adamı sevdim ki, onun keçmişi narkotiklə bağlı idi. Onu qəlbinin təmizliyinə görə sevdim və belə vərdişləri tərgitməsi üçün əlimdən gələni etdim. Hər tərəfli çalışdım. O insan bir-iki il bu vərdişdən uzaqlaşdı. İndi məşğul olub-olmadığını bilmirəm. Amma eşitmişəm ki, məşğul deyil. Artıq görüşmürük. Maraqlanmıramm. Bunun səbəblərini açıqlamaq istəmirəm. Əsas odur ki, indi mən yaxşıyam və mənim üçün hər şey yaxşıdır".

Sizin Reklam Yeriniz