Əlaqə Arxiv
news Image
2013.12.13
13:25
| A A A
Cavan Zeynallı: "Axı mən xəstə deyiləm"- -AÇIQLAMA
Azərbaycanın məşhur cazmeni Cavan Zeynallının xəstələnməsi barədə xəbər yayılıb. Mövqe.az sənətkarın özü ilə əlaqə saxlayıb. Sualı eşidən kimi, əsəbləşən Cavan Zeynallı bildirib: " Niyə axı bu insanlar belə yalan yazılar yayırlar. Mən şükür Allaha xəstə deyiləm. Bu cür xəbərlər eşidəndə Azərbaycandan bir dəfəlik çıxıb, getmək istəyirəm. Yorulmuşam Azərbaycanda yaşamaqdan. Çox pis əaəb keçirirəm. Məni süni qalmaqal yaradıb, Əli Mirəliyev olmaq istəmirəm. Allah uzaq etsin. Siz bilirsiniz mən rusdilliyəm. Bir az çətin fikirlərimi izah edirəm. Ancaq Azərbaycan dilində gözəl başa düşürəm. Mənə o gün müsahibə üçün zəng etdilər. Müsahibə vermək istəmirdim. Yoldaşım onlara dedi ki, danışmaq istəmir. Ancaq bunlar bunu dəyişib, əlavələr edib yazıblar. Axı mən xəstə deyiləm. Bu xəbər yayılan zaman məni sevənlər narahat olur. Belə yalan xəbərlər yazmaq olmaz".
Sizin Reklam Yeriniz