Əlaqə Arxiv
news Image
2013.12.14
21:12
| A A A
Nətavanı qızı adlandıran İlhamə Quliyeva bu dəfə də Aygünə eyni cür müraciət etdi
Azərbaycanın iki məşhur xalq artistləri İlhamə Quliyeva və Aygün Kazımova barışıb. Mövqe.az-ın məlumatına görə, "ATV maqazin" verlişinə açıqlamasında İlhamə Quliyeva Aygün Kazımovanı qızı kimi adlandırıb. Xəstəxanaya İlhamə Quliyevanı yoluxmağa gedən Aygün Kazımova haqqında çox xoş sözlər dilə gətirən "Şərəf" və "Şöhrət" ordenli sənətkar bildirib: "Aygün mənim qızım yerindədir. Mən kin saxlamıram. Aygün bura gəlmişdi. Və biz oturduq, danışdıq, çay içdik, problemləri çözdük. Hər şey ok-dir. Mən kinli insan deyiləm. Ancaq bir şeyi demək istəyirəm ki, hər şeyin təşkilatçısı Tolikdir". 

Hal-hazırda Terkiyə olan Aygün Kazımova isə İlhamə Quliyevaya hörmət və sevgisini dilə gətirib: " İlhamə xanım elə bir addım atdı ki, bütün anlaşılmamazlıqlara, söz-söhbətə son qoydu. Bu böyük bir jest idi. Mənə qarşı bir addım atana, mən on addım ataram. Həmişə belə olmuşam, sözümün üstündə də durmuşam".

Xatırladaq ki, xalq artistləri təzəlikcə barışıblar. "Natəvan- Aygün" davasında İlhamə Quliyeva Aygün Kazımovanı müdafiə etdiyi üçün Aygün Kazımova da xəstəxanada İlhamə Quliyevaya baş çəkməyə gedib. Beləliklə də şou-biznesdə növbəti barışıq baş tutub. 

Sizin Reklam Yeriniz