Əlaqə Arxiv
news Image
2013.12.15
22:08
| A A A
Gürcüstanlı müğənni Bakıda ana oldu
Müğənni Suli Bakıda ikinci övladını dünyaya gətirib.

Movqe.az Trend-Life-a istinadən bildirir ki, o və azərbaycanlı həyat yoldaşı qıza Melissa adını veriblər.

"Mənə böyük qayğıyla yanaşan bütün həkimlərə təşəkkür edirəm. Özümü fantastik dərəcədə xoşbəxt hiss edirəm. Çünki qız arzulayırdım və ana olmaq hissini yenidən yaşayıram. Bir də demək istəyirəm ki, ən çətin anlarımda mənə qucaq açan, sakit yaşamağa, işləməyə və yaradıcılığımı inkişaf etdirməyə imkan verən Azərbaycanı çox sevirəm. Azərbaycanda on ildən çoxdur yaşayıram. 14 yaşlı oğlumNikitaburada məktəbə gedir. Özümü bu ölkədə xoşbəxt hiss edirəm", - Suli deyib.

Bildirək ki, 2010-cu ilin dekabrında Suli islamı qəbul edib. Bu ilin mayında isə Azərbaycan xalq mahnısı "Sarı gəlini" təqdim edib.
Sizin Reklam Yeriniz