Əlaqə Arxiv
news Image
2013.12.19
10:40
| A A A
"Möhtəşəm Maşın"da möhtəşəm oyun: Günel açıq mübarizə apardı və... -VİDEO
Dünən "Möhtəşəm Maşın" şouda möhtəşəm oyun baş tutub. Mövqe.az-ın məlumatına görə, dünən qutudan 6 şəkil müğənni Günay İbrahimliyə, 5 şəkil isə aparıcı Günel Hümbətovaya məxsus olub. Tribunaya xalqdan səs istəməyə çıxan  Günay İbrahimli şounun sonuna kimi Günel Hümbətovanı çıxaracağını etiraf etməsə də, lakin Günel Hümbətova üzərində olan təhlükəni hiss edərək, Günaya getsinə səs istəyib. Və beləliklə dueldə aparıcı müğənniyə qalib gəlib. Sona qədər Günay İbrahimli Güneli çıxartmayacağını desə də, sonda səs toplamasa da, Murad Dadaşovun " Əgər səs toplasaydınız kimi çıxaradınız" sualına Günel Hümbətovunu cavabını verib. Günay bildirib ki, guya ki, Günel onunla düz nə az, nə çox 4 ildir ki, mübarizə aparır. Günel isə bu iddianı əsassız adlandırıb və bildirb ki, həmişə Günayı aparıcılıq etdiyi verlişlərə dəvət edib və onunla həm də qrup yoldaşı olub. Buna baxmayaraq Günay İbrahimli fikrindən daşınmayıb. 

Günel iddia edir ki, Roza Zərgərli özü qorxduğu üçün tribunaya çıxmır. Çünki çıxsa səs toplamayacaq. Buna görə də zəif iştirakçıları qabağa verir ki, sona özü qalsın. Bu sözlərdən sonra Roza Zərgərli və onun komanda yoldaşı Anar Ağakişiyev "Maşın"dan getmək istədiklərini desələr də, maşından əlini çəkib, gedən olmayıb. 

Şounun maraqlı məqamlarından biri də açıqlanıb. Günel bildirib ki, iştirakçı Mirsalam Mirsalamov Güneli atasının qəbrinə and içdirib ki, onu çıxartmayacaq. Beləliklə digər oyunçular tərəfindən təklənən Günelin bu gün şounu tərk etməsi barədə söz-söhbət gəzməkdədir. 


Qeyd edək ki, "Möhtəşəm Maşın " 14 iştirakçı ilə yoluna davam edir. 


Video link : http://www.myvideo.az/?video_id=1861274

























Sizin Reklam Yeriniz