Yarım saatlıq çıxışı üçün 8000 AZN tələb edən Azəri qızı artıq Bakıda!
Mövqe.az xəbər verir ki, Azəri qızı Günel artıq Bakıdadır. Dünən
gecə İstanbuldan Bakıya gələn Günel Azərbaycan telekanalında
yayımlanan verlişlərin birində iştirak edib. Günellə əlaqə
saxladıq. Müğənni çox yorğun olduğunu və dünən Bakıya gəldiyini
bildirdi: " Çox yorğunam. Dünən gecə gəldim. Düz bir ay burada
olacağam. Yeni ili də doğma Azərbaycanda keçirəcəyəm. Bütün Yeni il
proqramlarında olmağa çalışacağam. Dəvətlər var, yenə də olarsa
dəyərləndirməyə çalışacağam".
Qeyd edək ki, müğənnilərimizin Yeni il qiymətləri açıqlanan
zaman yarım saat üçün ən çox qonarar tələb edən məhz Azəri qızı
Günel olub. Deyilənlərə görə, Günel yarım saat restoranda çıxış
etmək üçün 8000 AZN tələb edib.