Əlaqə Arxiv
news Image
2014.01.08
11:39
| A A A
Allah və din ünvanına təhqiramiz ifadələr işlədən Nadirdən açıqlama-Eksklüziv
Müğənni Nadir Qafarzadənin "Space" TV-nin hələ ki efirə getməyən "Sizin saat" verilişinin çəkilişi zamanı verdiyi açıqlama qalmaqal yaradıb.

Belə ki, onun estetik cərrahiyyə mövzusunda müzakirə zamanı dinin mövqeyini şərh edən ilahiyyatçı Elşad Mirini təhqir etdikdən sonra Allah və din ünvanına təhqiramiz ifadələr işlədərək studiyanı tərk etdiyi deyilir. Elşad Miri isə öz facebook profilində Nadir Qafarzadəni məhkəməyə verməklə hədələyib. Müğənni Nadir Qafarzadə isə deyilənlər barədə Mövqe.az-a açıqlama verib: "Heç bir təhqir olmayıb. Mən Allah və din ünvanına təhqiramiz ifadələr səsləndirməmişəm.  O məni xəstə təxəyyüllü insan adlandıra bilməz. Məgər, mömin insanlar elə sözlər işlədir? Hələ verliş efirə getməyib. Getsin sonra baxarıq. Məhkəmə barədə isə heç nə deyə bilmərəm. Özü bilər. Barışmaq olmayıb".
Sizin Reklam Yeriniz