Aparıcı Azər İsmayılov yanındakı qızın kimliyini açıqladı
Aparıcılıqla yanaşı biznesmen kimi də fəaliyyət göstərən tanınmış
aparıcı Azər İsmayılovun yeni fotoları yayılıb. Mövqe.az-ın
məlumatına görə, bir müddət əvvəl həyatyoldaşı Vüsalə Əlizadədən
boşanan teleaparıcının guya ki, özünə yeni sevgili tapması barədə
xəbərlər yayılıb. Şəkillərdən belə hiss olunsa da, Mövqe.az-ın
suallarını cavablayan zaman teleaparıcı buna çox sərt reaksiaya
verib: " O, cür xəbərlərin yazılması məni narahat etmir. Boşanmış
insanam, kişiyəm. Xanımlarla görünməyim normalır. Kişi xanımla
görünər də... Burada qəbahətli heç bir şey yoxdur. Sadəcə
insanlarda mənfi fikir oyatmaq, haqqımda anormal şeylərin
yazılmasının tərəfdarı deyiləm. Gecə saat 3-dür oturmuşuq
dostlarımızla, o xanım da orada olub, qəlyan çəkirik, çay içirik.
Mən həmin şəkli İnstagram profilimdə paylaşımışam. Kimlərsə
yayıbsa, bu düzgün deyil. Gündə mən milyonlarla xanımla otur-dur
edirəm. Amma bu o demək deyil ki, onlar mənim sevgilimdir. Həmin
xanım çox da normal bir qızdır. Və aramızda heç bir əlaqə yoxdur".