Məşhur türk aktyor vəfat etdi
Türkiyədə teatr səhnələri və kinofilmlərdə "pis
adam" rolları ilə məşhurlaşmış aktyor, 86
yaşlı Süheyl
Eğriboz uzun sürən xəstəlikdən sonra
müalicə aldığı xəstəxanada vəfat edib.
Milli.Az DHA-ya istinadən bildirir ki, aktyor Süheyl Eğriboz ötən
ilin noyabrında Aksaraydakı evində halı pisləşdiyi üçün Samatya
İstanbul Xəstəxanasına aparılmışdı. İki aydan bəri müalicə olunan
aktyor bu gün səhər saatlarında keçinib.
Süheyl Eğriboz bu gün İstanbulda dəfn ediləcək.