Əlaqə Arxiv
news Image
2014.01.10
18:20
| A A A
Xanım Qafarova: "Qızım deyir ki, ana bəs sən sağalmadın?" -EKSKLÜZİV
Türkiyədən müalicədən dönən aktrisa Xanım Qafarova indi daha yaxşıdır. Mövqe.az-a bu barədə danışan aktrisa bildirib: " Şükür Allaha ki, indi daha yaxşıyam. Müalicələrim çox yaxşı keçdi. Ayın axırı yenə gedəcəyəm. Təsirini gördüm. Allah səbəbkardan, Mehriban xanımdan razı olsun. Çox kömək etdi mənə... O olmasaydı, indi mən sizlə belə danışa bilməzdim. Ağrılarım 80% azalıb. Allah şükür yeriyə bilirəm. Ora gedəndə əlil arabasında idim. Amma qayıdanda özüm gəldim".


"Sizi ilk qarşılayan kim oldu" sualına aktrisa belə cavab verib: " İlk qarşıyalayn 3 yaşlı qızım oldu. Çox sevindi. Soruşdu məndən ki, ana sağalmısan? Elə bilir ki, tam sağalmışam. İndi peşmanam deyim ki, bir balaca başım ağrayır. O, dəqiqə deyir ki, bəs nə oldu? Bəs ana sən sağalmışdın". 


Xatırladaq ki, aktrisa xərçəng xəstəliyindən əziyyət çəkir. 

Sizin Reklam Yeriniz