Əlaqə Arxiv
news Image
2014.01.13
12:53
| A A A
Nadir Qafarzadə:Burnum payız badımcanı idi, ağzıma girirdi
Azərbaycanlı müğənni Nadir Qafarzadə plastik əməliyyatlar barədə danışıb. Mövqe.az-a danışan müğənni bildirib: " Plastik əməliyyat elətdirmişəm, əcəb etmişəm. Başqaları kimi bunu gizlətmirəm ki... Biz səhnə adamlarıyıq.  Tamaşaçıya normal görünüşdə görünməliyik. Bu mənim həyatımdır. Özüm bilərəm. İndi kişilər daha çox əməliyyat etdirir, qadınlar isə dincəlir". 


Müğənni din xadimlərinin burun kəsdirməyi günah hesab etdiyi fikrinə də açıqlama gətirib: " O, zaman Allah bizi həyata lüt gətirib, gəlin lüt gəzək. Əgər onlar deyirlərsə Allahın yaratdığını dəyişmək olmaz. O zaman Allah bizi lüt yaradıb da gəlin bunu da həyata keçirək".


Nadir Qafarzadə etdiyi əməliyyatları da açıqlayıb: " Burnumu kəsdirmişəm. Çünki burnum payız badımcanı idi, ağzıma girirdi. Mən yoldan keçəndə mənə "yekə burun" deyirdilər. Artıq kompleksim var idi. Alınmdan yuxarı tüklər əkdirmişəm. Dişlərimi isə ümumiyyətlə dəyişmişəm".

Sizin Reklam Yeriniz