Məşhur müğənni çimərlik geyimində poza verdi
Məşhur ukraynalı
müğənni Ani
Lorak həyat
yoldaşı Murad ilə birlikdə istirahət
etmək üçün tropik adalara yollanıb.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, ifaçı istirahət günlərində çimərlik geyimi ilə kamera önünə keçib. Daha sonra həmin şəkilləri şəxsi İnstagram səhifəsində paylaşıb.
Bu ayın əvvəlində isə sosial şəbəkədə ifaçının İsrail günlərinin şəkilləri yayılmışdı. Ani hal-hazırda hansı adada istirahət etdiyini dəqiq bildirməyib. Lorakın izləyicilərindən biri cütlüyün istirahət etdiyi məkanın Bali adası olduğunu bildirib.
Qeyd edək ki, Ani Lorak və həyat yoldaşı türk biznesmen Muratla ilk dəfə 2011-ci ilin yay aylarında övlad sahibi olublar. Lorak çəkisi 3,3 kq və ölçüsü 52 sm olan körpə dünyaya gətirib. Uşağın cinsiyyətini isə dünyaya gələnə qədər cütlük bilmirmiş.