Britni Spirs evlənib?-FOTO
ABŞ-lı müğənni Britni Spirs dünən oğlu Jaydenın Los Angeles
şəhərindəki futbol matçını izləməyə getdiyində sol əlindəki üzüyü
jurnalistlərə göstərərək, hamının təəcübünə səbəb olub. Mövqe.az
xarici KİV-ə istinadən bildirir ki, 8 aydır Dave Lucadoyla birlikdə
olan və bir neçə reportajında onunla ailə qurmaq istədiyini
açıqlayan 32 yaşındakı müğənni, idman paltarı ilə getdiyi matçda
sadə bir qızıl halqadan ibarət üzüyü ilə bütün nəzərləri öz üzərinə
çəkib. Qeyd edək ki, müğənni bu barədə heç bir açıqlama
verməyib.