Elzanın atası onları niyə atıb, gedib ? - AÇIQLAMA
Əməkdar artist Elza Seyidcahan " Düz üzünə" verlişinin qonağı olub.
Mövqe.az xəbər verir ki, müğənni atası barədə açılan faktları inkar
edə bilməyib. Belə ki, verliş zamanı məlum olub ki, Elzanın atası
oğlu olmadığına görə onları atıb-gedib. Elzagili 4 bacı olublar. O
zamandan bəri Elza cəmi bircə dəfə atasını metroda görə bilib : "
1993-cü ildə 20 yanvar metrosunda yanımdan keçib, getdi. Bircə dəfə
elə o zaman gördüm. Neçə illərdən bəri ilk dəfə atamı görsəm də
yaxınlaşmadım".
Elza Seyidcahan atasının içki düşkünü olduğunu da açıqlayıb : "
Atam içki düşkünü olduğu üçün anama mane olmayıb ki, bizi
böyütsün.Özü çıxıb, gedib. Ona qarşı incikliyim yoxdu. O
vaxtdan onu axtarmamışam. Əgər onu indi tapsaydım, son gününə kimi
ona baxardım. Bu mənim övladlıq borcumdu".