Bu gün Xocalı soyqırımını yad edənlərlə yanaşı, yad etməyənlər də oldu. Mövqe.az – ın əməkdaşı bəzi müğənnilər ilə bu barədə danışıb.
Ağladığı səsindən də hiss olunan müğənni Manaf Ağayev: " Özüm o torpağın oğluyam. Erməni ilə qarışığı olanlardı bu günü unudanlar. Anadan olan gününü insan unuda bilərmi ? Yox. Bu gün də elə... Mən anadan olan günümü unudaram Xocalını unutmaram. Xocalıda çəkilən əziyyəti heç faşistlərdə çəkməyib".
Rəqqasə Fatimə : "Əlbəttə ki ziyarət etmişəm. Bu bizim borcumuzdur. Ziyarət edib, öz gülümü də qoymuşam..."
Aktrisa Vəfa Zeynalova : " Qonaqlarım gəlir. Hava limanındayam. Onları qarşılayıram. Müsahibə vermirəm".
Müğənni Xatirə İslam : "Allah şəhidləri rəhmət etsin. Xəstəyəm ziyarətə getməmişəm. Amma bu gün Azərbaycan bizlər üçün çox ağır bir gündü".
Müğənni Bilal Əliyev : " Yasin, fatihə oxumuşam. Quran da tapşıtdırmışam. Dünən 10- da məni tədbirə dəvət etdilər. Getmədim . Çünki tədbir 12-dən sonraya kimi davam edə, meydan qızışa bilərdi".
Əməkdar artist Lalə Məmmədova : "Bu il körpə uşaqlıyam. Gedə bilməmişəm. Üzürlü sayarlar məni.... Amma yaşadığım ərazi Xocalı parkının yaxınlığındadır. Mən tez-tez onları ziyarət edirəm".
Müğənni Xuraman Şuşalı : " Bilirəm Xocalı günüdür. Amma düzü iş dalınca gedirəm. Ziyarət edə bilməmişəm".