Şou biznesin iki küsülü müğənnisi barışdı
Müğənnilər Nura Suri və Zamiq Hüseynov şou-biznesin küsülüləri
sırasına daxildir. Mövqe.az xəbər verir ki, bu barədə danışan Nura
Suri hal-hazırda Zamiqlə arasının normal olduğunu, aralarında
sadəcə salam və sağol olduğunu açıqlayıb : "Zamiqlə münasibət
normaldır. Əvvəllər küsülü idik. Amma buna baxmayaraq Zamiq həmişə
məni təqdim edəndə çox yaxşı, əsl centlmen kimi təqdim edir. İstər
toyda, istərsədə başqa məkanlarda... O, yaxşı cəhəti var".