Nikahsız övlad həyata gətirdiyim üçün qınaq obyektinə çevrilmişəm - Təranə
Prodüsser Təranə Səmədova nikahdan kənar övladı olduğu üçün hələ də
qınaq atəşinə tutulur. Mövqe.az xəbər verir ki, tanınmış prodüsser
evli olduğu zamnlar öz dediyinə görə uşağı olmurmuş. Onun beyninə
elə fikirlər yürüdüblər ki, o sonsuz bir qadındı. Lakin müğənni
Kərim Abbasovdan boşandıqdan sonra Təranənin bir qız övladı olur.
Hal-hazırda qızı ilə birlikdə yaşayan Təranə Səmədova çox duyğusal,
gözəl anadı. Hər şeyini övladına qurban edən prodüsser ona tərəf
yönələn qınaqlara belə cavab verib : " Bəli, mən nikahsız övlad
dünyaya gətirmişəm. Bunun üçün qınaq obyektinə çevrilirəm və
bununla da razıyam. Ancaq mənim övladım mənim üçün çox müqəddəsdir.
Ona toxunmaq olmaz. O, bəziləri üçün indi də göz dağıdır".