Özünü şou-biznesin sultanı bilir
Şou biznesin sultanı olduğunu iddia edən müğənni Səidə Sultan
"Şou+" verlişinin qonağı olub. Mövqe.az xəbər verir ki, müğənni
oluğu üçün təəssüf hissi keçirən müğənni fikirlərini bölüşüb: "İlk
dəfə sənətə gələndə çox çətinliklərim oldu, heç toylara da gedə
bilmirdim. Deyirdim, mən heç vaxt toy oxumayacağam. İndiki
ağlım olsaydı, heç vaxt müğənni olmazdım. Bu sənətdə çox yersiz
insanlarla rastlaşdım. Zəif tərəfimdən istifadə edib, məni
vurdular. Çirkinliyi olanı qaldırdılar dağ başına, təbii, səmimi
olanı isə aşağıladılar".