Hüseyn Dərya morqdan çıxarılanda sağ olub - Şok iddia/Video
"Mən Hüseyn Dəryanın son səsini eşitdim. O, ölməmişdi". Bu iddia
ilə "Xeber.info"nun əməkdaşı Fəxrəddin Sadıqzadə çıxış edib. O,
Hüseynin ölmədiyini, morqdan çıxarılarkən səsini eşitdiyini iddia
edir: "Hüseyn Dəryan morqdan çıxarılan vaxt mən orada idim.
Cənazəni yaxınlarına təhvil verəndə çəkiliş aparırdım. Hüseyni
maşına qoyanda bir xırıltı eşidildi. Əvvəlcə şoka düşdüm. Elə
bildim ki, bu səsi tək mən eşitdim. Bir neçə saniyə sonra Hüseyn
Dəryanın həyat yoldaşı Sona xanım da "bu, Hüseynin səsidir" dedi".
Həmin görüntünün 27-ci saniyəsində "əəə" deyə səs gəlir və 32-ci
saniyədə Sona xanım da bunu təsdiq edir. Xatırladaq ki, Anar
Nağılbazla birgə ifa etdikləri "DOST" adlı repdə 8:38-ci saniyədə
Hüseyn Dəryanın oxuduğu zaman həmin səs burada eynilə təkrar
olunur.