Əlaqə Arxiv
news Image
2014.03.23
09:43
| A A A
Aygün Kazımova soyunur, o haranın xalq artistidi ?
Müğənni Əli Mirəliyevin oğlu atasını kölgədə qoyub. Qalmaqallı açıqlamaları ilə bu dəfə Əli Mirəliyev yox, oğlu Taleh gündəmə gəlib. Mövqe.az xəbər verir ki, indiki toylardan həzz ala bilməyən və hətta öz oğlunun toyuna da çağırmağa müğənni tapmayan Taleh "Qonaqlıq" verlişində bunu açıq-aşikar etiraf edib :   "Nə oxuyurlar bu müğənnilər ? Harada məktəb görüblər naməlumdu. Xalq artisti  Aygün Kazımovanı mən heç sənətkar bilmirəm. O, xalq artisti ki, soyunub, özünü gülünc vəziyyətə qoyur o necə xalqın artisti ola bilər axı ? Nadir Qafarzadə o birilərə nisbətən pis oxumur. Amma onun da oxuduğundan bir şey başa düşülmür. Heç onu da çağırmaram, oğluma toy etsəm. Bu gün Əli Mirəliyev, Azər Zeynalov kimi müğənnilərin adı çəkilmir. Niyə ? Əlini istəyənlər Bakıda deyil. Kimlər ki, üzdədir onları heç mən müğənni kimi nə bəyənirəm, nə də ki, qəbul edirəm". 


Taleh atasının əvvəlki toylara dəvətindən də danışıb : "Atam çıxırdı "Bu gecə" ni oxuyurdu. Pullar da şirin-şirin tökülürdü başına... Hər toydan iki evin pulunu götürürdük. Mən bundan utanmıram ".


Qeyd edək ki, "Space" efirində yayımlanan "Qonaqlıq" verlişi hər bazar günü 09:45-də yayımlanır. 


Müğənni Əli Mirəliyevin qızının evində baş tutan "Qonaqlıq"dan fotoları da verlişin informasiya dəstəyi olan Mövqe.az sizə təqdim edir : 





Sizin Reklam Yeriniz