Əlaqə Arxiv
news Image
2014.03.26
16:01
| A A A
Daha bir məşhur cütlük boşanır
Son zamanlar məşhur cütlüklər arasında ayrılmaq və ya boşanma halları çoxalıb. 

Movqe.az-ın ans press-ə istinadən verdiyi xəbərə görə, amerikalı aktrisa Qvinet Peltrou və britaniyanın rok qrupu olan "Coldplay"ın solisti Kris Martinin boşanmaları barədə xəbər yayılıb. Cütlük 10 ildən artıqdır ki, ailə həyatı sürməklərinə baxmayaraq asanlıqla ayrılığa qərar veriblər. Məşhurların bu ailəlikdən iki övladları var- 9 yaşlı qız övladı Eppl və 7 yaşlı oğlan Mozes.

Qvinet və Kris ərizələrində bildiriblər ki, hələ də bir birlərini sevirlər, amma bir ildir ki, aralarında yaranan anlaşılmazlıq cütlüyü bu addımı atmağa vadar edib: "Ailəni qorumaq üçün çox çalışdıq, amma alınmadı. Sonda qərara gəldik ki, ən yaxşısı ayrılmağımızdır. Buna baxmayaraq biz hər zaman dost kimi qalacağıq, ayrı yaşamağımız övladlarımızın da sağlam böyüməkləri üçün xeyirdir. Aramızda olan anlaşılmazlıqlar iki övladlarımızın psixikasına pis təsir edirdi"-deyərək sənətçilər fikirlərini bildiriblər. 







Sizin Reklam Yeriniz