Əlaqə Arxiv
news Image
2014.04.17
18:03
| A A A
Aparıcı Ülviradan şok addım ! - ÖZƏL
Ülvira Qarayeva toylarda aparıcılıq edəcək?! Yenicə imicini dəyişən tanınmış teleaparıcı Ülvira Qarayevadan xəbər var. Belə ki, çoxdandı efirlərdən uzaq düşən Ülvira Qarayevanın toy məclislərində aparıcı olaraq fəaliyyətə başlaması haqqında xəbər yayılıb. Lakin mövqe.az-ın əməkdaşı ilə danışan zaman sevimli teleaparıcı bu xəbəri təkzib edib: " Xeyr bu doğru deyil. Əvvəllər 2-3 toy olub ki, ailələri məhz mənim həmin toyda aparıcı kimi çıxışımı istəyiblər və mən də getmişəm. Ümumiyyətlə toylara aparıcı kimi getmirəm. Ancaq bundan sonra ola bilər ki, elə toy olsun ki, bəli siz məni aparıcı kimi görəsiniz. Ancaq bu təbii ki, toydan və qonaqlardan aslı olan məsələdi. Belə şeylərdə çox diqqətciləm. Toy aparmaq həm məsuliyyətli, həm də fəxr ediləsi məsələdi".
Sizin Reklam Yeriniz