Əlaqə Arxiv
news Image
2014.04.20
20:00
| A A A
Rza Zərrab məşhur futbol klubunun sponsuru olduğunu açıqladı
Türkiyədə 17 dekabr 2013-cü il korrupsiya əməliyyatı zamanı həbs edilən və bir müddət öncə azadlığa buraxılan iş adamı Rza Zərrab futbol dünyası ilə bağlı maraqlı açıqlamalar verib. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, iş adamı Türkiyənin məşhur futbol klubu olan "Trabzonspor"un sponsuru olduğunu açıqlayıb: "Mən bu il Trabzonspor klubunun rəsmi sponsuruyam. Ona görə də bu klubun rəhbərləri ilə müəyyən əlaqələrim var".

Qeyd edək ki, bir neçə ay bundan öncə Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin həyat yoldaşı, iş adamı Rza Zərrab 17 dekabr "böyük rüşvət" əməliyyatında saxlanılıb. Rza Zərrab Türkiyənin İrana çirkli pullar ötürdüyü, qızıl qaçaqmalçılığı etdiyi və digər cinayət xarakterli əməllərdə adının hallandığı iddia edilərək həbs edilib. Daha sonra iş adamı şərti azadlığa buraxılıb.
Sizin Reklam Yeriniz