Qadınlar,gözəlliyimiz öz əlimizdədir-ARAŞDIRMA
Movqe.Az xəbər verir ki, Avropa qadınları arasında aparılmış sorğuya əsasən məlum olub ki, qadınların yalnız 2%-i özlərini gözəl sayır. Digərləri isə öz xarici görünüşlərini "normal " qiymətləndirib. Psixoloq Nikki Ouenin araşdırmasına görə, qadının gözəlliyi onun özünə necə yanaşmasından asılıdır. Bir qadın ki, ancaq öz qüsurlarını görür, o qadında stress hormonları artır. Stress hormonları artdıqda isə bu insanın üz cizgilərinə, gözlərin parlaqlığına mənfi təsir göstərir. Əgər biz- qadınlar öz xarici görünüşümüzdəki müsbətləri dəyərləndirsək, bu bizdə həzz hormonlarını artırar və emosiyalarımıza çox yaxşı təsir edər. Belə olduqda, bu xüsusiyyət bizlərdə vərdiş halını alacaq və xoş emosiyalar qadınları gözəlləşdirəcək.