Əlaqə Arxiv
news Image
2014.04.25
18:45
| A A A
Emin: “Müştərilərə bütün qutab növləri təqdim olunur”
Müğənni-bəstəkar Emin "Time to Eat" qəzetinin ilk buraxılışında restoran biznesindən danışıb. 

Axşam.az-ın məlumatına görə, ifaçı Moskvada fəaliyyət göstərən restoranında Azərbaycan milli mətbəxinə üstünlük verdiyini bildirib. O, "sizin restorandakı menyu Azərbaycanın milli mətbəxindən nə ilə fərqlənir" sualına belə cavab verib:

"Restoranımda Azərbaycan qutabı hazırlayırlar. Burada qutabın bir neçə növü – balqabaqlı, pendirli, göyərtili, ətli qutab var. Tək fərq odur ki, Azərbaycanda bu qutabları çox böyük edirlər. Burada müştəri gəlib bir qutab yesə doyacaq, başqa heç nə istəməyəcək. Mən də qərara gəldim ki, onların ölçüsünü balacalaşdırım. Müştərilərə bütün qutab növləri təqdim olunur. Beləcə onlar hamısının dadına baxırlar".
Sizin Reklam Yeriniz